Xəbər verdiyimiz kimi, "Məşədi Əzizbəyov\" metro stansiyasında təmir işlərinə başlanıb. Hazırda stansiya hər tərəfdən mühasirəyə alınıb, stansiyanın çıxışlarından biri bağlanıb. Metropolitenden SİA-ya verilən məlumata görə, stansiya ilin axırına kimi təhvil veriləcək və tamami ilə yeni görkəm alacaq: "Stansiyada dəmir-montaj, vestibüllərdə təmir işləri aparılır. Divarlar, döşəmələr, təmir edilir. Stansiyada yeni eskalatorlar quraşdırılaraq, iki çıxış təmir ediləcək. vestibül mantaj olunacaq. 1 ildən artıqdır başlananan təmir işləri indiyə kimi yerin altında aparılıb və işin xeyli hissəsi görülüb. Metro stansiyanın çıxışında da abadlaşma işləri aparılacaq. Stansiyanın keçidi yeniləşəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB