Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsində dəyirmi masa keçirilib

Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsində dəyirmi masa keçirilib

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində "Müstəqilliyimiz, milli-mənəvi dəyərlərimiz" mövzusunda dəyirmi masa keçirilib.SİA-nın məlumatına görə, tədbirə DQİDK sədri Hidayət Orucov, YAP sədrinin müavini Əli Əhmədov, ölkədə fəaliyyət göstərən dini icmaların rəhbərləri və nümayəndələri, deputatlar qatılıb.H. Orucov iştirakçıları Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü münasibətilə təbrik edib: "Ölkəmizin tolerantlıq nümunəsi olması, sivilizasiyaların qovşağında yerləşməsi, dinlər və mədəniyyətlərarası dialoqun mərkəzində dayanması beynəlxalq təşkilatların, nüfuzlu din xadimlərinin və xarici diplomatların etiraf etdikləri həqiqətdir".YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov deyib ki, dinə təkcə inanc kimi baxmaq olmaz: "Din daha çox funksiya yerinə yetirən bir sistemdir. Din həm də hər bir millətin özünü tanıması, bəşərin tərkib hissəsi saymasıdır". Tədbirdə Bakı yepiskopu Aleksandr Ata və başqaları çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə