İşgəncələrə Qarşı Azərbaycan Komitəsi monitorinqlərə başlayıb - FOTO
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudovun rəhbərlik etdiyi nümayəndə heyəti monitorinqlərə başlayıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, artıq Yevlax, Goranboy, Ağcaqabul, Mingəçevir şəhər polis idarələri və şöbələrinin müvəqqəti saxlanma təcridxanalarına baxış keçirilib.
Monitorinqlər bu gün Gəncədə reallaşdırılıb. Əsas diqqət təqsirləndirilən şəxslərin saxlanma şəraitləri, qidalanmaları, dərman preparatlarının keyfiyyəti və işgəncə hallarının olub-olmamasına yönəlib. Monitorinqlər Gəncədən sonra Bərdə və Ucar rayonlarında həyata keçiriləcək. Ümumi nəticələr daxili işlər naziri Ramil Usubova təqdim ediləcək.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB