Paytaxtın Səbail rayonunda poçta bomba qoyulması barədə xəbər yayıldı. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazirliyə paytaxtın Səbail rayonunda yerləşən "AzEuroTel" MMC-nin inzibati binasına partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olub.
Faktla bağlı dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib və aidiyyəti qurumlar məlumatlandırılıb.
Lakin xilasedicilər və hüquq-mühafizə orqanlarının mütəxəssislərinin birgə apardıqları axtarış işləri nəticəsində həmin binada şübhəli əşya aşkar edilməyib.
Hazırda Daxili İşlər Nazirliyi yalan məlumatı yayan şəxsin axtarışlarını davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB