PKK ilə mübarizə sahəsində Türkiyənin istəklərinin siyahısı Barak Obamanın nəzərinə çatdırılıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obama ilə görüşündən sonra keçirdiyi mətbuat konfransında deyib.
Barak Obama ilə terrorla mübarizə, Suriya, İsraillə münasibətlər, Fələstin və Kipr problemləri müzakirə olunduğunu deyən Türkiyənin baş naziri ABŞ ordusunun İraqdan çəkilərkən əlindəki silahı kimlərə verəcəyi məsələsinin də Ankaranı maraqlandırdığını bildirib
Ərdoğan həmçinin Barak Obama ilə "Mavi Mərmərə" hadisəsinin də müzakirə etdiklərini bildirib: "Gəmiyə qarşı həyata keçirilən hücuma qarşı etirazımızı düzgün sayırlar. Lakin bu günə kimi ABŞ-ın qanuni dəstəyini görmədik. İsrail üzr istəyənə, təzminat ödəyənə və Qəzzanın blokadasını qaldırana qədər iki ölkə arasında münasibətlərin normallaşması mümkün deyil. Bu mövqeyimizi davam etdirəcəyimiz qarşılığında Barak Obama fərqli mövqe göstərmədi. İsraillə bağlı Türkiyəyə "bunu etməyin" demək durumunda deyil, çünki haqlı olduğumuzu bilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB