Tuncelidə PKK terror təşkilatına qarşı son illərin ən genişmiqyaslı hərbi əməliyyatına başlanılıb.
SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 2 min əsgərin qatıldığı gecə yarısı əməliyyatı zamanı bölgə mühasirəyə alınıb. Hüquq-mühafizə orqanları PKK-nın 4 fərqli qrupla bölgənin müxtəlif yerlərində şiddətli terror aktları həyata keçirəcəyi haqqında kəşfiyyat məlumatına əsaslanaraq, son illərin ən böyük əməliyyatına başlayıb.
Hakkarinin İraq sərhədində olan Çukurca rayonunun səmalarında hərbi təyyarələrin uçması diqqəti cəlb edib. Hakkari üzərindən uçan 2 hərbi təyyarə, Çukurca rayonuna, oradan da İraq sərhədinə doğru yönəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB