Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət heyətinin binasında "Müstəqil Azərbaycanın 20 il ərzində keçdiyi tarixi yol" mövzusunda elmi-praktik konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfransda Təhsil Nazirliyinin və AMEA-nın rəhbərliyi, nazirliyin əməkdaşları,ali məktəb rektorları və ziyalılar iştirak ediblər. Konfransı giriş sözü ilə açan AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Haşımov Azərbaycanın 20 il ərzində keçdiyi tarixi yoldan danışaraq bildirib ki, respublikamızda dövlət müstəqilliyinin bərpa edilməsi tarixi ədalətin bərpasıdır. "Müstəqil Azərbaycan Respublikasında yeni təhsil sisteminin formalaşması və inkişafı" mövzusunda məruzə ilə çıxış edən təhsil naziri Misir Mərdanov tədbirin ölkə prezidenti İlham Əliyev tərəfindən imzalanan "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncama uyğun olaraq keçirildiyini xatırladan Mərdanov müstəqillik illərində təhsil sisteminin inkişafıistiqamətində əldə olunmuş nailiyyətlərdən bəhs edib.Konfransda AMEA-nın vitse-prezidenti Nailə Vəlixanlı "Müstəqillik illərində Azərbaycanda ictimai-humanitar elmlər", Bakı Dövlət Universitetinin prorektoru İradə Əliyeva "Müstəqillik illərində Azərbaycanın ali təhsil müəssisələrində elmi tədqiqatların inkişaf yolu" və AMEA-nın Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev "Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında akademik elmin inkişafı" mövzularda çıxışlar ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB