Kamikadze - “partlayıcı maddələrlə yüklənmiş ət parçası”-ARAŞDIRMA

Kamikadze - “partlayıcı maddələrlə yüklənmiş ət parçası”-ARAŞDIRMA
Terror dünyanı vahimədə saxlamaqdadır. Demək olar ki, hər gün dünyanın hansısa bir yerində onlarla, yüzlərlə insanın həyatına son qoyan partlayışlar baş verir.
Nəticə: Vahimə, ölü, yaralı, göz yaşı.
Bu hadisələrin sonunda terror aktını törətməkdə hansısa terror təşkilatı günahkar bilinir və ya həmin təşkilat partlayışa görə məsuliyyəti öz üzərinə götürür.
Son illər baş verən terror aktlarda kamikadzelərin xidmətindən geniş istifadə olunur. Kamikadzelərin əksər hallarda gənc, hətta qadınların olması isə təəccüb doğurmaya bilməz. Bəs görəsən, kamikadzeləri bu qanlı əmələ sövq edən nədir və nəyə görə bu cür terror hadisələrinin əksəriyyəti məhz qadınlar vasitəsilə həyata keçirilir?


Hamilə kamikadzelər daha uğurla istifadə olunur


Məsələn, Moskvada son illər onlarca insanın həyatına son qoyan terror hadisələrinin qadın-kamikadzelər tərəfindən törədildiyi sübut olunub. Məsələ ilə bağlı apardığımız araşdırma zamanı çox maraqlı və ilginc faktlara rast gəldik.
Öncə deyək ki, XXI əsrdən başlayaraq terror təşkilatları qadınlardan geniş istifadə etməyə başlayıb. Məsələn 1990-cı illərdə törədilən əksər terror hadisəsində qadınların əli var. Qadın-kamikadzelərin terror aktlarına cəlb edilməsi isə bir sıra səbəblərlə bağlıdır. İlk növbədə qadınlar vasitəsilə hazırlanan əməliyyatlar əksər halda uğurla nəticələnir. Belə ki, zərif cinsin nümayəndələrindən istifadə adətən şübhə doğurmur, onlar polis işçilərinin diqqətini çox az hallarda cəlb edirlər. Həmçinin qadınlar partlayıcı qurğuları bədənlərində daha asan gizlədə bilir, kişilərə nisbətən qadın beyninə sirayət edərək onları qisas almağa sövq etmək hissini yaratmaq da daha asan olur. Bir çox terror qruplaşmaları kamikadze qadınları hamilə obrazına salaraq bu yolla asanlıqla məqsədlərinə çata bilirlər. Daha uğurlu əməliyyat üçün isə həmin qadınları adətən Qərb dəbinə uyğunlaşdırırlar. Məsələn qısa yubka, hündür daban çəkmə, son dəbdə olan saç düzümləri onları adi qadınlardan seçilməyə qoymur və asanlıqla toplunun arasında gözdən itirlər.
Məsələn: \"Əl-Qaidə\" terror təşkilatı qadın terroristlər hazırlayarkən Qərb dövlətlərinin sənədlərinə malik ağdərili qadınlara üstünlük verir. Bu qadınlar əsasən təyyarələrin partladılmasında istifadə olunur.



Ölümə ölüm!


Onu da deyək ki, kamikadze qadınların hazırlanmasında Çeçenistanın da böyük təcrübəyə malikdir. Burada kamikadzelər könüllülük əsasında seçilir və 2 qrupa bölünürlər. Onların bir qismi terrora qisas hissindən əl atır, digər qismi isə buna maddi gəlir mənbəyi kimi yanaşdıqları üçün razı olurlar. Kamikadzelər həmçinin yüngül həyat tərzi keçirən, kimsəsiz, kasıb qadınlar arasından seçilir. Birinci qrup qadınlar adətən öz doğmalarını itirən, kinli-küdurətli insanlar olur. Onlar öz yaxınını itirdiyi üçün ölümə ölümlə cavab vermək istədiklərindən maddiyat haqda düşünmürlər. Digər qrupun üzvləri isə yalnız maddiyat güdürlər və əsasən qeyri-millətin nümayəndələri olurlar.
Məsələn, Moskvada terror törədənlərdən biri 22 yaşlı çeçen Anna Klinkeviç Moskva sakini olub. Bu qadın sırf pul qazanmaq məqsədi ilə hazırlanmış "boyevik" dir. Çeçen vətəndaşı ilə ailə qurandan sonra Çeçenistana gələn Anna snayper və digər hərbi sursatlardan davranma qabiliyyətinə yiyələnib. Terror əməliyyatlarında iştirak edən Anna Moskvada olarkən özünü çox sərbəst aparıb və onun terror məqsədi ilə bu ölkəyə gəlişi heç bir şübhə doğurmayıb. Terror qruplaşmaları belə qadınlara daha çox vəsait xərcləyir və onlardan istifadəyə üstünlük verirlər.



Kamikadzelərin gözlərini qan örtür




Qisas hissi ilə yaşayan kamikadzelərlə "iş birliyi" isə terroristlər üçün daha əlverişli şərait yaradır. Qisas hissi ilə yaşayanlar arasından seçilən bu qadınlar hər an ölümə hazır olurlar. Moskvada terror törədən 16 yaşlı Zarema İnarkayyeva isə öz doğmasını itirdiyindən kamikadzeyə könüllü razılıq verib, hətta ana və qardaşı tərəfindən terroristlərə verilib. Məşhur \"boyevik\" Maqomed Saqarayevin xanımı isə Rusiyada blok-postu partlatmaq məqsədi isə hazırlanaraq 2001-ci ildə öz bədəninə partlayıcı maddələr bağlayaraq sözügedən ərazidə partlayışlar törədib. Rusiyada partlayış törədən Elza adlı qızın 2 qardaşı öldürüldüyündən onların qisasını almaq hissi ilə yaşayırmış və o bu işi uğurla yerinə yetirib.

Qadın-kamikadzelər hadisə yerinə yollanan zaman gözlərinə heç nə görünmür. Onlara çox yaxşı başa düşürlər ki, bu işin sonu ölümdür. Ancaq kamikadzelərin hazırlanması zamanı onların psixologiyalarına ciddi təsir göstərildiyindən onlar hər hansı terror aktını həyata keçirməyə yollananda özlərini qəhrəman hesab edirlər. Terror əməliyyatına yollanan kamikadzeni heç bir qüvvə dayandıra bilməz. O artıq yaşamağın mənasız olması fikrinə hazırlanır və həyatın onun üçün heç bir mənası qalmır. Bu qadınların beynində \"cihad\", \"qisas\", \"müqəddəs müharibə\" kimi fikirlər formalaşdırılır.



Qadın arxasında gizlənən terroristlər

Kamikadze terror qruplaşmaları üçün ən ucuz və asan hazırlanma tələb edən bir üsuldur. Belə ki, kamikadze qadınlarda cihad, qəhrəmanlıq fikir formalaşdırıldıqdan sonra onlara yalnız partlayıcı qurğunu işə salmağı öyrətmək lazım gəlir. Bundan sonra onlar cüzi məbləğdə yolpulu verilərək hazırlanmış plan üzrə lazımi yerə yola salınırlar. Öz ideyaları uğrunda bu yola gedən kamikadzelər məqsədə çatmaq üçün istənilən maneəni dəf etməyə hazır olurlar. Kamikadzeləri "partlayıcı maddələrlə yüklənmiş ət parçası" adlandırmaq daha doğru olar. Çünki başqasının başı ilə idarə olunan planı əsasında hazırlanan kamikadze yalnız icraçı rolunu oynayır".

Ancaq kamikadzedən, xüsusi ilə də qadınlardan istifadə terroristlərin nüfuzuna xələl gətirən amil kimi dəyərləndirilir. Məsələn çeçenlər qadınlardan bu əməliyyatlarda istifadənin əleyhinədirlər. Belə ki, qadınlardan istifadə etdiyinə görə Çeçenistanın bəzi terror təşkilatının avtoriteti aşağı düşüb. Onlara qadın arxasında gizlənmiş kimi yanaşılır. Ancaq baş verən terrorlarda \"boyevik\" lərin uğur qazanması onların qadın köməyindən vaz keçməyə sövq edə bilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə