Azərbaycan və ABŞ hərbçiləri birgə təlimdə iştirak edəcəklər

Azərbaycan və ABŞ hərbçiləri birgə təlimdə iştirak edəcəklər

Azərbaycan və ABŞ hərbçiləri birgə təlimdə iştirak edəcəklər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Azərbaycan-ABŞ iş planına əsasən sentyabrın 19-23-ə qədər Hərbi Dəniz Qüvvələrinin mühəndisliyə dəstək bölməsinin təlimi keçiriləcək.

Hərbi təlim ABŞ-ın Boston, Massaçusets Ştatında keçiriləcək. Azərbaycan və ABŞ arasında ikitərəfli hərbi əməkdaşlıq münasibətləri mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə