Sabah Bakıda hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin az buludlu, yağmursuz olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 23-28 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 14-19 dərəcə, gündüz 25-30 dərəcə, dağlarda gecə 7-12 dərəcə, gündüz 15-20 dərəcə isti təşkil edəcək.



Bütün xəbərlər Facebook səhifəmizdə