Azərbaycan Mətbuat Şurası "Mediada dil faktoru" mövzusunda dəyirmi masa keçirəcək. Tədbir MŞ-nin ofisində baş tutacaq. SİA-nın mətbuat şurasının rəsmi saytına istinadən məlumatına görə, bu şuranın Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı "Azərbaycan mediasında dil xüsusiyyətləri" layihəsi çərçivəsində sayca ikinci toplantısıdır.
Layihənin yekunlarına həsr olunmuş tədbirdə MŞ-nin mediada ana dilindən istifadə xüsusiyyətlərinə dair monitorinqinin nəticələri açıqlanacaq, mediada ədəbi dilin pozulmasının təzahür formaları ətrafında fikir mübadiləsi aparılacaq, mövcud sahədəki problem və çatışmazlıqların aradan qaldırılması yolları müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB