İlin sonuna kimi Naftalan və Ağcabədi ərazisində məskunlaşan məcburi köçkün ailələri yeni salınmış qəsəbələrə köçürüləcək. Bu barədə SİA-ya məlumatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov verdi: "Naftalan rayonu ərazisində məskunlaşan Xocalı rayonundan olan 524 məcburi köçkün ailəsi üçün
Goranboy rayonu ərazisində qəsəbə salınır. Hazırda bu ərazidə doqquz beşmərtəbəli bina tikilir. "Taxta körpü" deyilən qəsəbədə məskunlaşan 552 Laçından olan məcburi köçkün ailəsinin də oktyabrda ayında yeni salınmış qəsəbəyə köçürülməsi planlaşdırılır. Bununla belə rayonu ərazisində digər işğal olunmuş rayonlardan olan 556 məcburi köçkün ailəsi üçün də həmin rayonun ərazisində 10 ədəd 5 mərtəbəli yaşayış binası kompleksi tikilir. Noyabr-dekabr aylarında onun da istifadəyə verilməsi nəzərdə tutulur. Qeyd edim ki, yeni salınmış qəsəbələrdə ən zəruri infrastruktur yaradılıb, məktəb binası, uşaq bağçası, yanğın deposu, klub, icma mərkəzi və s. tikilib".
E. Qədimov Bərdə rayonu ərazisində məskunlaşan 866 məcburi köçkün ailəsinin evlə təmin olunması üçün də işlərə başlanılıb. Bu məqsədlə Bərdə rayon ərazisində 14 hektar torpaq sahəsi ayrılıb və texniki şərt alınıb. Tikintinin aparılması üçün tender elan olunacaq və tenderin qalibi müəyyən olunandan sonra tikintiyə başlanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB