"WebBlog" layihəsində 100-dən çox gənc iştirak edib ki, onlardan da layihəni uğurla başa vuranlar şəhadətnamə ilə təltif olunaraq bloqqer fəaliyyətlərini yenidən davam etdirirlər. Bunu bugün www.weblog.az saytının təqdimatı və "WebBlog 4" layihəsinin açılış mərasimində "İrəli" ictimai birliyinin baş katibi Rauf Mərdiyev çıxışı zamanı söyləyib. O, 2005-ci ildən etibarən İnformasiya texnologiyaları sahəsində böyük uğurlar qazanıldığını və bu bloqqer saytınından da yaranmasında əsas məqsədin gənc bloqqerçiləri şəbəkə daxilində bir araya gətirirək, Azərbaycan mədəniyyətini, tarixini və ən əsası Dağlıq Qarabağ problemini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Ümumilikdə Azərbaycanda 2 minə yaxın bloqqerçilərin olduğunu söyləyən Rauf Mərdiyev hazırda 100 yaxın gəncin bir ordu şəklində cəmləşdirdiyini dedi. Sonda bir qrup bloqqerçilərə uğurlarına görə, sertifikat və diplomlar təqdim olunub.Xatırladaq ki, Azərbaycanda ilk bloq təlimləri 2007-ci ildə "İrəli" İnformasiya texnologiyaları departamenti tərəfindən həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB