Sentaybrın 30-da Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Azərbaycan Gənclərinin VI Forumu çərçivəsində Bakı şəhər gənclərinin zona toplantısı keçiriləcək. Gənclər və İdman Baş İdarəsindən SİA-ya verilən xəbərə görə, toplantıya Bakı şəhər rayonlarından 550 nəfərə yaxın gənc dəvət edilib. Bundan əlavə, dövlət rəsmiləri, Milli Məclis, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, İctimai Təşkilatları, Qeyri-Hökumət Təşkilatları, Tələbə Gənclər Təşkilatlarından nümayəndələr iştirak edəcək.
Tədbir çərçivəsində Azərbaycan Gənclərinin V Forumundan keçən dövr ərzində şəhər və rayonlarında keçirilmiş tədbirlər və respublikamızın sosial-iqtisadi həyatına gənclərin cəlb olunması, onlara bu sahədə olan qayğı və problemlərinin həlli istiqamətində görülmüş işlər haqqında hesabat məruzələr dinləniləcək. Bundan əlavə, tədbirdə respublika gənclərinin VI Forumuna nümayəndələrin seçilməsi, Bakı şəhər gənclərinin zona toplantının qətnaməsinin və toplantı iştirakçıları adından müraciətin qəbul olunması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB