Eroziyaya uğramış torpaqlar bərpa edilir

Eroziyaya uğramış torpaqlar bərpa edilir
Bu gün Azərbaycanda 3 milyon 610 min hektar sahə eroziya içindədir, bir milyon hektardan artıq sahə şoranlaşıb. Hazırda torpaqların münbit vəziyyətə gətirilməsi prioritet məsələdir və bu istiqamətdə işlərə başlanılıb. Kənd Təsərrüfatı Nazirliyindən SİA-ya verilən məlumata görə, problemin həlli ilə bağlı artıq layihələr hazırlanıb və konkret işlər görülməyə başlanıb. Layihənin məqsədi torpaqların şoranlaşmadan təmizləyib dövriyyəyə gətirməkdir.

Qeyd edək ki, MDB məkanında torpaq islahatları ilk dəfə Azərbaycanda aparılıb. Bu islahatlar nəticəsində torpaqlar bölünərək kəndlilərə verilib, bunun əsasında da yeni fermer təsərrüfatları yaradılıb. Torpaqların bir qismi isə şəxsi mülkiyyətə, bələdiyyələrə və dövlətin mülkiyyətinə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə