Atəşkəs pozuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 20-də bir neçə istiqamətdə növbəti dəfə atəşkəsi pozub. Erməni ordusu saat 18.50-dən 18.55-dək Ermənistanın Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində, saat 21.00-dan 21.10-dək Ermənistanın İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, saat 18.25-dən 18.50-dək isə Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qarşı tərəf atəşi ilə susdurulub.


Bütün xəbərlər Facebook səhifəmizdə