Almaniya Federativ Respublikasında keçiriləcək Ermənistan
Mədəniyyəti günləri çərçivəsində erməni separatçıları qondarma "20 il Dağlıq
Qarabağ Respublikası" adlı konsert proqramının təşkili ilə məşğuldurlar. SİA-nın
xəbərinə görə, iyul ayından başlayaraq Almaniya Federativ Respublikasında
ermənilərin "saxta tədbirinə" qarşı etiraz aksiyası təşkil edilib. Bu aksiya
rəsmi qurumların məqsədyönlü fəaliyyəti ilə başlanaraq, diaspor cəmiyyətlərini
əhatə edərək, şəxsi təşəbbüsləri özündə əks etdirir. Azərbaycan
Respublikasının Almaniyadakı Səfirliyi Almaniyanın Xarici İşlər Nazirliyinə
etiraz notasını təqdim edib, önəmli danışıqlar aparmış, siyasi səviyyədə
konstruktiv tədbirlər görüb. Azərbaycanın Baden Vürtemberq vilayətindəki fəxri
konsulluğu Baden-Vürtemberq Əyalətinin və Ştutqart şəhərinin hakimiyyət
dairələrinə, tədbirin təşkilatçılarına, Baden-Vürtemberq Əyalətindəki erməni
İcmasına etiraz məktubları göndərib.
Almaniyadakı Azərbaycanlıların Koordinasiya
Mərkəzi yazılı etiraz aksiyasını təşəbbüsləndirərək, Almaniyada fəaliyyət
göstərən bütün Diaspor cəmiyyətlərinə məktubla müraciət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB