Xələf Xələfov Argentina kənd təsərrüfatı nazirinin müavinini qəbul edib

Xələf Xələfov Argentina kənd təsərrüfatı nazirinin müavinini qəbul edib

Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Xələf Xələfov Azərbaycanda səfərdə olan Argentina Respublikasının Kənd təsərrüfatı nazirinin müavini Lorenso Bassonu və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.

XİN-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə Argentina arasında ikitərəfli əlaqələr müzakirə edilmiş və iki ölkə arasındakı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə