İlin sonuna kimi kənd təsərrüfatı məhsullarının istehsalında 9-10% artım olacaq

İlin sonuna kimi kənd təsərrüfatı məhsullarının istehsalında 9-10% artım olacaq

Kənd təsərrüfatı sahəsində taxıl, dənli bitkilərin yığımı demək olar ki, başa çatmaq üzrədir. SİA-nın xəbərinə görə, bu barədə kənd təsərrüfatı naziri İsmət Abasov məlumat verib. O bildirib ki, qarğıdalı yığımı isə hələ ki davam edir. Statistik rəqəmlərin bəlli olduğunu deyən nazir vurğulayıb ki, artıq 2 milyon 350 min tondan artıq dənli, dənli paxlalılar istehsal edilib.

"Lakin mövsümün sonuna qədər təxminən 2 milyon 450 min ton dənli, dənli paxlalıların istehsalı gözlənilir. Bu da keçən illə müqayisədə təxminən 23 faizə qədər artıq məhsulun ishehsal olunması deməkdir. Bu yaxşı bir haldır. Bunun təxminən 1 milyon 640 min tonunu ərzaq buğdası təşkil edir. Digər məhsulların istehsalına gəldikdə isə məlumdur ki, tərəvəz məhsulları hələ də davam etdirilir. Bostan məhsulları və meyvə istehsalı hələ də davam etdirilir. Eyni zamanda, heyvandarlıq sahəsində aparılan tədbirlər sahəsində bu gün dinamik inkişaf davam etdirilir. Ümumilikdə, 8 ayın yekununda kənd təsərrüfatı məhsullarının istehsalı 9,4 faiz olub. Bu yaxşı rəqəmdir. O cümlədən düşünürəm ki, ilin sonuna qədər bu rəqəm saxlanılarsa 9-10 faiz civarında artım olacağı gözlənilir. Bu isə yaxşı göstəricidir", - deyə İsmət Abasov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə