Zirzəmisini su basan evlər siçan hücumuna məruz qalıb-ARAŞDIRMA
2005-ci ildə paytaxtdakı binaların zirzəmilərinin çirkab sularından təmizlənməsi ilə bağlı sərəncam verilib. Sərəncama əsasən, mənzil-istismar sahələri binaların zirzəmilərinə yığılan çirkab suları qurutmalı idi. Ancaq həmin sərəncamdan uzun illər keçməsinə baxmayaraq, hələ də zirzəmilərin qurudulması üçün lazımi tədbirlər görülməyib.
Bu səbəbdən də zirzəmi problemi paytaxt sakinləri üçün aktual olaraq qalır. Qarşıdan isə qış gəlir. Yağan yağışlar, qar yenə də yaşayış binalarının zirzəmisinə yığılaraq sakinlərin kefinə soğan doğrayacaq.
Binəqədi rayonundakı İsrafil Həşimov 6 a ünvanında yaşayan sakinlər uzun illərdir sözügedən problemin əlində aciz qalıblar. 20 ilə yaxın həmin binanın 1-ci mərtəbəsində yaşayan İlhamə Muradova zirzəmidən gələn üfunət iyi, ağcaqanad və gəmiricilərlə mübarizəyə sərf etdiyini deyir: "Zirzəmidəki su və kanalizasiya borularının istismar müddəti çoxdan bitib. Ona görə də zirzəmiyə dolan suyun qarşısını almaq mümkün deyil. Çirkli sular az qalır yorğan-döşəyimizin içinə girsin. Burda əhalinin də günahı böyükdür. Yuxarı mərtəbədə yaşayan sakinlər əllərinə keçəni zirzəmiyə atırlar. Ona görə də zirzəmi ağcaqanadların, siçovulların məskəninə çevrilib. Pəncərəni açan kimi ağcaqanad, milçək içəriyə dolur. Üfunət qoxusundan evdə oturmalı deyil".
"Evlərimizdən üfunət iyi gəlir"
Məhəmməd kişi də binanın kommunal xətləri 30 ildir təmir olunmadığından çürüyünü deyir: \"Üzləşdiyimiz problemlə bağlı dəfələrlə mənzil-kommunal təsərrüfat idarəsinə müraciət etmişik. Deyirlər ki, təmir aparmaq üçün bizə büdcə ayrılmayıb, ona görə də özünüz düzəldin. Bir neçə dəfə pul yığıb zirzəmini təmizlətmişik. Ancaq borular çürüdüyündən bu işlərə xeyli vəsait lazımdır ki, onu da əhali ödəyə bilmir".
Məhəmməd kişi bəzi zirzəmilərin sakinlər tərəfindən qapılarının tamamilə bağlandığını da dedi: \"Elə zirzəmilər var ki, qapılarına hasar çəkilib. Ancaq binalara nəfəslik qoyulmadığından üfunət iyi evlərə dolur\".
9 mərtəbəli yaşayış binalarında vəziyyət daha acınacaqlıdır: "Su, kanalizasiya xətlərinin keçdiyi şəbəkələrdə gəmiricilər bina boyunca aşağı-yuxarı rahat şəkildə hərəkət edir. Buranın sakinləri dedilər ki, gəmiricilər fürsət düşən kimi evlərə də qonaq olurlar.
Şaxtası açıq olan bloklar da siçovul əlindən tərpənmək olmur.
Binəqədi rayonu ərazisində apardığımız müşahidələr zamanı sakinlər üzləşdikləri digər problemlərə də toxundular. Daha çox şikayət istilik sisteminin olmamasından idi: "Qarşıdan qış gəlir. Keçən qış evlərə istilik sistemi qoşmaq üçün pul yığdıq. Sistem quraşdırılandan sonra istilik verildikdə zirzəmidəki borular dəlik-deşik olduğundan buxar evlərə axmağa başladı. Bu səbəbdən də ötən qışı elektirk qızdırıcılarından istifadə etməli olduq. Yenə də qış qapının kandarındadır. Amma borular təmir olunmayıb".
Svetlana Məmmədova küçəsində də vəziyyət qonşuluqda yerləşən binalardakından fərqli deyil. Bu binada da kanalizasiya sistemləri sıradan çıxdığından çirkli sular evlərin zirzəmisinə dolur. Sakinlər bizimlə söhbətdə bildirdilər ki, yağışlı günlərdə vəziyyət daha dözülməz olur: \"Yağış yağanda zirzəmidəki sular daşır və binanın qarşısında üfunət qoxusu gələn xırda gölməçələr yaranır. Palçıq dizəcən çıxır. Yağışlı havada binadan çıxmaq və hərəkət etmək mümkün olmur\".
Ötən illərə nisbətən vəziyyət yaxşılaşıb
Problemin həlli istiqamətində görüləcək işlərlə maraqlanmaq üçün əlaqədar qurumlarla əlaqə saxladıq. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin kommunal şöbəsinin rəhbəri Leyla Tağızadə bildirdi ki, əvvəlki illərdən fərqli olaraq, paytaxt ərazisində qrunt suları basmış zirzəmilərin sayı azalıb. İl ərzində mərkəzin əməkdaşları yaşayış evlərinin zirzəmilərinə toplanan qrunt sularının laborator analizlər aparılır. Araşdırmaların nəticəsi olaraq deyə bilərik ki, zirzəmilərə toplanan suların 58,3 faizi qrunt, 24,4 faizi kanalizasiya suları, 17 faizi içməli, 4 faizi isə qarışıq sudur. Problemlə bağlı BŞİH-in Yaşayış-Kommunal Təsərrüfat Departamentinə yazılı müraciət göndərilib. Müraciətdə paytaxt ərazisində zirzəmilərin vəziyyəti, sayı ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, sözügedən problemin səbəbi kanalizasiya borularının sıradan çıxması, nasosların işləməməsi, zirzəmilərdə qrunt sularının qalxması, drenaj sisteminin işləməməsi, profilaktik tədbirlərin aparılmamağıdır. Bu səbəbdən də həşəratların və gəmiricilərin sayının artdığı müşahidə edilir. Bu istiqamətdə daha çox problem Nərimanov və Binəqədi rayonlarının ərazisində nəzərə çarpır".
Problemi "JEK" lər yaradır
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə deyir ki, binalarda təmizləmə işlərinin məsuliyyəti mənzil-istismar sahələri, mənzil-kommunal təsərrüfatı birlikləri və kooperativ binaların rəhbərlərinin üzərinə düşür: \"Siçan və siçovulların məhv edilməsi işini isə mərkəzin Respublika Dezinfeksiya Şöbəsinin ərazi idarələri həyata keçirir. Amma qanunla paytaxtdakı bütün \"JEK\" lər, mənzil-kommunal təsərrüfatı birlikləri, kooperativ binalar hər ilin sonunda ərazidə fəaliyyət göstərən rayon dezinfeksiya şöbələri ilə müqavilə bağlamalıdırlar. Rayon dezinfeksiya şöbələri isə həmin müqavilələr əsasında binaların zirzəmilərində dezinfeksiya tədbirləri görməlidir. Dezinfeksiya şöbələri tam təsərrüfat hesablı idarələr olduğundan müqavilə ilə işləyirlər. Belə müqavilələr bağlanılan rayonlarda siçan və siçovullarla mübarizə tədbirləri effektli nəticələr verir\". Z.Kazımov deyir ki, maliyyə çatışmazlığını bəhanə gətirən bəzi \"JEK\"lər, mənzil-kommunal təsərrüfatı birlikləri, kooperativ binalar əslində müqavilə bağlamaqdan yayınırlar ki, bu da sözügedən problemlərin artmasına səbəb olur\".
Qurumun sözçüsü dezinfeksiya işləri üçün nəzərdə tutulan məbləğ haqqında da məlumat verdi: \"50 kvadratmetr ərazini dezinfeksiya etmək 27 manatdır. 9 mərtəbəli binanı təmizləmək üçün 80 manat vəsait tələb olunur ki, bunu da orada yaşayan mənzillərə görə bölsək, hər evə 50 qəpik düşür. Sakinlər öz hesablarına da binanı dezinfeksiya etdirə bilərlər. Bununla qrunt suları ilə bağlı problemə son qoymaq mümkün olmasa da, gəmiricilərin qarşısı alına bilər\".
Su içində olan zirzəmilərin bünövrəsi boşalıb
Şəhərsalma üzrə ekspert Emil Axundov isə zirzəmilərin uzun müddət su ilə dolmasının bina üçün təhlükə yarada biləcəyini deyir: "Binaların zirzəmiləri su içində olduğundan həmin binaların bünövrəsi boşalır. Bakıda 5 - 6 ballıq zəlzələ olsa, belə binalar uçub-tökülə bilər. İlk növbədə zirzəmiyə həmin suyun gəlməsinə yardımçı olan borular dəyişdirilməlidir ki, su axınının qarşısı alınsın. Sözügedən problemə birdəfəlik son qoymaq üçün vahid plan hazırlanmalı, su xətlərində problemlər olan yaşayış binalarının qrafiki tərtib edilməlidir. Bunun üçün maliyyə vəsaiti ayrılmalıdır ki, boruların rekonstruksiya işləri həyata keçirilsin. Eyni zamanda problemin həllinə nail olmaq üçün mərkəzləşdirilmiş sistemin yaradılmasına ehtiyac var. Bu işlərin ləngiməsi sözügedən problemin dərinləşməsinə səbəb ola bilər\".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB