Gəncə şəhər 1 saylı Nəqliyyat Departamenti şəhərdə növbəti reydlərə başlayıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, reydlərdə əsas məqsəd taksi fəaliyyəti ilə məşğul olan sürücüləri dövlət vergisinə cəlb etmək və qanunda nəzərdə tutulan rüsumları ödəmələrini təmin etməkdir. Aparılan yoxlamalar göstərib ki, hazırda taksi fəaliyyəti ilə məşğul olub dövlət rüsumundan yayınan sürücülərin sayı kifayət qədər artıb.
Rəsmi statistikaya əsasən bu gün Gəncə şəhərində 700-ə yaxın taksi fəaliyyət göstərir. Bunlardan yalnız 400-ə yaxın taksidən dövlət rüsumu alınır. Reyd zamanı departament əməkdaşlarına təzyiq göstərənlər də, sənədlərini təqdim etmək istəməyənlər də olub. Buna baxmayaraq təkcə bir gün ərzində 20-yə yaxın taksi sürücüsü cərimə edilib. Yoxlamalar isə davam etdirilir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB