Azərbaycan prokurorluq orqanlarında kadr dəyişikliyi olub. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov SİA-ya bildirib ki, baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Bakı şəhər prokurorunun müavini Qənimət Səfərov, Abşeron rayon prokuroru vəzifəsini icra edən Azər Vahabzadə və Qobustan rayon prokuroru İlham Məmmədov tutduqları vəzifədən azad olunmaqla müvafiq olaraq Abşeron, Qobustan və Xızı rayon prokuroru vəzifələrinə təyin olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB