Qvatemalada zəlzələ baş verib

Qvatemalada üç ardıcıl zəlzələ nəticəsində 3 nəfər ölüb, 6 adam xəsarət alıb. Xilasedicidərin nümayəndəsi Uilyam de Leon jurnalistlərə bildirib ki, dağıntılar altında bir neçə nəfər qalıb.

Yerli KİV-in məlumatına görə, Las Animas kəndində sürüşmə baş verib və uçqun altında qalanlar olub. Qonşu Salvadora gedən bir neçə yolu daşa qalağı bağlayıb. Qvatemala paytaxtında yüzlərlə turist binalardan evakuasiya edilib. Zəlzələdən daha çox ziyan çəkən Santa Rosa departamentindəki məktəblərdə dərslər dayandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə