Bu gün yas mərasimləri ilə əlaqədar elan olunmuş müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan \"Bakı Xəbər\" qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, qəzet tərəfindən elan olunan müsabiqənin başlıca məqsədi bu tip problemin yaranması və aradan qaldırılması istiqamətində bir konsepsiya tətbiq edərək yekdil fikrə nail olmaqdır. O, fevral ayından avqust ayınadək, yəni 6 ay ərzində müsabiqəyə 61 yazının təqdim olunduğunu və bütün bu məqalələrin 29 jurnal və qəzetdə çap edildiyini deyib. "
Tədbirə qatılan digər qonaqlar-Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Mirəziz Seyidzadə, KİV İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, millət vəkili Aqil Abbas və digərləri çıxış edərək bildirdilər ki, belə müsabiqələri tək yas mərasimlərinə deyil, toy mərasimlərinə də şamil etmək lazımdır. Çünki hər iki halda böyük israfçılıq nümayiş olunur. Məhz bununla əlaqədar da QMİ-si başda olmaqla dövlər orqanları və KİV buna qarşı ciddi mübarizə apararaq təbliğat işini gücləndirməlidirlər.Tədbirin sonunda isə müsabiqə qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB