"Azərbaycanda 419 598 nəfər əlilliyi olan şəxs, o cümlədən 59 207 nəfər sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq var". SİA-nın məlumatına görə, bunu baş nazirin müavini Elçin Əfəndiyev \"Təcriddən inteqrasiyaya doğru\" I Bakı Beynəlxalq Konfransının açılış mərasimində deyib. Onun sözlərinə görə, Azərbaycanda əlillərlə əlaqədar görülən işlərdə müasir iş üsullarına, mütərəqqi dünya təcrübəsinə istinad edilməlidir. O bildirib ki, əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası işində vətəndaş cəmiyyəti yaxından iştirak etməlidir.
Baş nazirin müavini həmçinin Heydər Əliyev Fondunun əlilliyi olan istedadlı insanların yaradıcılığını hərtərəfli dəstəkləməsi məsələsinə toxunaraq qeyd edib ki, qurumun bu sahədəki fəaliyyəti, o cümlədən \"İnsanlara məhdudiyyət yoxdur\" təbliğat kampaniyası olduqca əhəmiyyətlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB