Fövqəladə Hallar Nazirliyi çimərik mövsümü ilə bağlı hesabat açıqlayıb
Dövlət Sularda Xilasetmə Xidmətinin fəaliyyəti nəticəsində 2011-ci il yay çimərlik mövsümündə su hövzələrində baş vermiş bədbəxt hadisələrin, boğulma hallarının sayı xeyli azalıb. Cari ildə 310 nəfər, o cümlədən iyun ayının 1-dən sentyabr ayının 15-dək ölkənin su hövzələrində 296 nəfər suda boğularkən xilas olunub. Məlumatda həmçinin bildirilir ki, yay çimərlik mövsümünə hazırlıq işləri ildən-ilə təkmilləşdirilir. Xidmətin yeni, ən müasir standartlara uyğun texnika və avadanlıqlarla təchiz olunması işlərin daha yüksək səviyyədə təşkili üçün imkan yaradıb. Bu il su hövzələrində baş vermiş 54 bədbəxt hadisədən 46 nəfərin boğulma faktı çimərlik üçün yararsız, çimmək üçün qadağan olunmuş su hövzələrində qeydə alınıb. Görülmüş işlərin nəticəsi olaraq, 2011-ci il yay çimərlik mövsümündə ölkə ərazisində suda boğulma hallarının sayı ötən illərlə müqayisədə azallb, 2010-cu ildəki 93 nəfərə qarşı 54 nəfər təşkil edib.Hazırda Xidmətin müvafiq bölmələrində cari ilin ilkin yekunlarının təhlili aparılır. Əldə edilmiş nəticələr, növbəti ildə su hövzələrində vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə aparılacaq profilaktik tədbirlərin təşkilində istifadə ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB