\"Şərq Tərəfdaşlığı\" ölkələrində yeni proqramlar tətbiq ediləcək

\"Şərq Tərəfdaşlığı\" ölkələrində yeni proqramlar tətbiq ediləcək

Belçikanın paytaxtı Brüsseldə Avropa Birliyi "Şərq Tərəfdaşlığı" proqramının Vətəndaş Cəmiyyəti Forumunun 4-cü işçi qrupunun toplantısı keçirilib. Tədbirdə iştirak edən Milli QHT Forumunun prezidenti Rauf Zeyninin SİA-ya verdiyi məlumata görə, konfransın gündəliyində "Şərq Tərəfdaşlığı" üzrə vətəndaş cəmiyyəti əlaqələrinin genişləndirilməsi, təhsil, elm, gənclər, könüllülük və mədəniyyət sahələrində yeni proqramların "Şərq Tərəfdaşlığı" ölkələrində - Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus və Moldovada tətbiq edilməsi imkanları dəyərləndirilib, həmçinin demokratiya və vətəndaş cəmiyyətinin inkişafı, Varşava sammitinə və Poznan Forumuna hazırlığın vəziyyəti müzakirə edilib.

Tədbirdə Azərbaycanı Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Bilik Cəmiyyəti Gəncə Regional Təşkilatının sədri Əhməd Quliyev və Azərbaycan Avrointeqrasiya Milli Komitəsinin nümayəndəsi İlqar Həsənli təmsil edib. Toplantıda "Şərq Tərəfdaşlığı" ölkələrinin- Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarusiya və Moldovanın qeyri-hökumət təşkilatları arasında vətəndaş cəmiyətinin inkişafı naminə bundan sonra daha sıx əlaqələrin qurulması və əməkdaşlıqların genişləndirilməsi barədə müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə