Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 23-27 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında isə bu gün arabir yağış yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında leysan xarakterli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 14-19 dərəcə, gündüz 23-28 dərəcə, dağlarda gecə 7-12 dərəcə, gündüz 14-19 dərəcə isti təşkil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB