Paytaxtda və Göyçayda saxta 230 kq-dan çox ərzaq aşkarlanıb

Paytaxtda və Göyçayda saxta 230 kq-dan çox ərzaq aşkarlanıb

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti paytaxt və əyalətlərdə istehlak məhsullarının monitorinqini davam etdirir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakının Suraxanı rayonunda S.Cəfərov küçəsindəki \"Yeni market\"də və Anar Nəsirova məxsus mağazada, D Yaşayış Massivində yerləşən \"Yaşar market\"də və \"VİP market\"də, Günəşli qəsəbəsi, AB Yaşayış Massivi - 10 ünvanında Nəzakət Məmmədovaya məxsus mağazada,

Sabunçu rayonunda Maştağa qəsəbəsində yerləşən \"Xəzər market\"də; Mircəlal Məmmədova, Anar Ağəliyevə, Rüfət Kazımova, Səfər Həmzəliyevə məxsus mağazalarda və Həmidə Hüseynovaya məxsus ticarət mərkəzində,

Göyçay rayonunda H.Əliyev prospektində Elşad Məmmədova məxsus mağazada, Natavan küçəsində Famil Həmidova məxsus mağazada

ümumi çəkisi 230 kq-dan çox olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə