Almaniyada Abdullah Gülün çıxış edəcəyi salonda bomba olması barədə xəbər verilib

Almaniyada Abdullah Gülün çıxış edəcəyi salonda bomba olması barədə xəbər verilib

Türkiyə prezidenti Abdullah Gülün Almaniyada çıxış edəcəyi salona bomba qoyulduğu xəbər verilib. SİA-nın "CNN-türk"ə istinadən verdiyi xəbərə görə, prezidentin çıxışı üçün nəzərdə tutulan Almaniyanın Dövlət Universitetinin ətrafı və daxili salonlar dərhal boşaldılıb. Hazırda orada axtarış aparılır.

Bundan əlavə universitetin qarşısında yüzlərlə gənc Abdullah Gülün Almaniyaya səfərinə etiraz əlaməti olaraq nümayiş keçirir.

Qeyd edək ki, Türkiyədən Almaniyaya 9 illik fasilədən sonra prezident səviyyəsində ilk rəsmi səfər həyata keçirilir. Prezident Abdullah Gül Almaniya Federal Respublikasının prezidenti Kristian Vulfun dəvəti ilə Almaniyaya dörd günlük səfərdədir. Gül və Vulf arasında keçiriləcək müzakirələrdə ikitərəfli əlaqələrlə yanaşı Türkiyənin Avropa Birliyinə üzvlük prosesi və bölgədə yaşanan son proseslər başda olmaqla müxtəlif regional və beynəlxalq məsələlər müzakirə ediləcək.

Gül Almaniyanın baş naziri Anjela Merkeli də qəbul edəcək. Bundan əlavə, iki ölkənin maliyyə nazirləri arasında Türkiyə-Almaniya İkiqat Vergiləndirmənin Qarşısının Alınması Müqaviləsinin imzalanması nəzərdə tutulur

Bütün xəbərlər Facebook səhifəmizdə