Türkiyə \"Echelon\" dinləmə sisteminin PKK-nın lider heyəti üçün yenidən işə düşməsini xahiş edib. SİA-nın "Zaman" istinadən verdiyi xəbərə görə, Mərkəzi ABŞ-ın Fort Meade şəhərində yerləşən \"Echelon\"un Orta Şərqdə 4 dinləmə bazası var və ABŞ Milli Təhlükəsizlik Dairəsi (NSA) tərəfindən idarə olunur. ABŞ prezidentinin \"Echelon\"u qısa müddətdə davamlı istifadə üçün təsdiq səlahiyyəti var, ancaq uzun davamlı istifadə üçün Konqres qərarı lazımdır. Mövzunun NSA-nın da bağlı olduğu Milli Kəşfiyyat Təşkilatı (DNI) başçısı Ceyms Clapperin nəzərdə tutulan Ankara ziyarətində gündəmə gələ biləcəyi bildirilir.
PKK liderləri hədəfdə
\"Echelon\"la Suriyanı yaxından nəzarətə götürmək istəyən Türkiyənin hədəfindəki adlar isə PKK-nın 2 nömrəli adamı Murad Qarayılan, Cəmil Bayıkla və Fehman Hüseyndir. Siyahıda ayrıca olaraq Türkiyənin daha əvvəl də məhkəmə qərarları ilə adlarını İnterpola verdiyi 120 adam var.
\"Echelon\"nun fəaliyyəti
Sistem səs və görüntü təqibi edə bilir. İzlənilməsi istənən adamın səs nümunəsi sistemə qeyd edilir. Sistem izlənilən adamın səsini bütün dünyanı incələyib tutduğu anda, avtomatik olaraq tapdığı yerin koordinatlarını aşkar edə bilir. Ayrıca olaraq, izlənilən şəxslərin danışıqları avtomatik olaraq mətnə çevrilir. Toplanan milyardlarla danışıq, açar sözləri tutmağa proqramlaşdırılmış \"elektronik lüğət\" adı verilən sistemlə incələnir və şifrəli sözlər araşdırmaya verilir. Yarım saat ərzində 1 milyondan artıq səs qeydi incələnərək kəşfiyyat məlumatı halına gətirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB