Azərbaycandan Ukraynaya neft axır

Azərbaycandan Ukraynaya sıxılmış qazı çatdırmaq üçün ölkələr arasında birgə təşkilatın yaradılması planlaşdırılır. SİA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Ukraynanın energetika və kömür sənayesi naziri Yuri Boyko ilə keçirilmiş görüşün nəticələri ilə bağlı jurnalistlərə verdiyi müsahibəsində bildirib: "Sıxılmış qazı Ukraynada qəbul etmək üçün terminal tikiləcək. Ukrayna il ərzində 2-5 milyard kubmetr Azərbaycan sıxılmış qazını almağa hazırdır"- deyə Natiq Əliyev deyib..

Onun sözlərinə görə, Azərbaycan neftinin Ukraynaya nəqlinin builki həcmi ötən ildə olduğu kimi, iki milyon ton səviyyəsində proqnozlaşdırılıb: "Növbəti il üçün həcm dəqiqləşdirməyib. Belə ki, hazırda Azərbaycan neftinin Macarıstan və Çexiyaya nəql imkanları nəzərdən keçirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə