Azərbaycanda Vyana balları
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev başda Vyana şəhərinin vitse-meri xanım Renata Brauner və Avstriyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri xanım Silvia Mayer Kaybiç olmaqla Avstriya nümayəndə heyətini qəbul edib. SİA-nın xəbərinə görə, görüş zamanı mədəniyyət və turizm sahələri üzrə iki ölkə arasında münasibətlərin daha da fəal surətdə inkişaf etməsini təmin etmək üçün qarşılıqlı əməkdaşlıq, təhsil və turizm sahələri üzrə təcrübə mübadiləsi, qış turizmi, 2012-ci ildə Azərbaycanda keçiriləcək Musiqi Film Festivalı, Azərbaycanda Vyana Ballarının təşkil olunması, habelə digər konkret tədbir və layihələr müzakirə edilib.
Xanım renata Brauner də öz növbəsində Ü.Hacıbəylinin Vyanada abidəsinin olmağını xatırlatmış və əlaqələrin böyük potensialından geniş istifadə olunmasına ümidvar olduğunu bildirib.



Bütün xəbərlər Facebook səhifəmizdə