Kirdağ palçıq vulkanı ərazisində 23 ədəd tank və top mərmisi tapılıb
ANAMA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müraciətinə əsasən Bakı və Abşeron Yarımadasının Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğunun Kirdağ palçıq vulkanı ərazisində (271.97 ha) təmizləmə əməliyyatları aparır. ANAMA-dan SİA-ya verilən məlumata görə, bu ərazi keçmiş Sovet Ordusu tərəfindən hərbi poliqon kimi istifadə olunub və bunun nəticəsi olaraq ərazi partlamamış hərbi sursatlarla (PHS) çirklənib.
Ərazilərin PHS təmizlənməsi əməliyyatları Beynəlxalq Mina Təmizləmə Standartlarına (İMAS) uyğun olaraq xüsusi avadanlıqlardan istifadə etməklə yerüstü, və bəzi yerlərdə yeraltı aparılır. Təmizlənməsi nəzərdə tutulmuş ərazinin ümumi sahəsi 2 719 700 kv.m-dir.
ANAMA-nın Xüsusi Əməliyyat qrupu tərəfindən aparılan əməliyyatlarda bu günə kimi 423.000 kv.m. ərazi təmizlənib və 23 ədəd tank və top mərmiləri tapılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB