Lənkəranda sel daşqınları zamanı çay sularının öz məcrasından çıxması nəticəsində yaranan problemlərin qarşısı alınır. Lənkəran rayon icra başçısının müavini Rövzəq Dadaşovun SİA-ya verdiyi məlumata görə, hazırda rayona yağış yağır, ancaq intensiv xarakter daşımır: "Artıq güclü leysan yağışları nəticəsində daşan Veravul çayının səviyyəsi enib. Sıradan çıxan 8 avtomobil və 4 piyada keçid körpüsündə piyada yolu bərpa edilib. Hələlik avtomobillərin hərəkəti mümkün olmasa da, piyadaların çayı keçmələrinə maneə qismən aradan qalxıb. Dağ yamacının sürüşməsi nəticəsində Lerik-Lənkəran şose yoluna tökülən torpaq artıq təmizlənib və hərəkət bərpa edilib".
R.Dadaşov Lənkəran rayonu ərazisində leysan sularına məruz qalmış 479 təsərrüfat istisna olmaqla enerji verilişinin bərpa olunduğunu dedi.
Xatırladaq ki, bu gün Lənkəranın dağətəyi yaşayış məntəqələrinə yağan leysan yağışları nəticəsində rayonda ciddi problemlər yaranmışdı. Güclü leysan yağışları nəticəsində Veravul çayı daşıb, nəticədə Lənkəran rayonun ərazisində təhlükə yaranmışdı. 8 avtomobil, 4 piyada keçid körpüsü sıradan çıxıb, 150-dən artıq həyəti su basıb. Əhalinin fərdi təsərrüfatlarına ciddi zərər dəyib. Lerik-Lənkəran şose yolu bağlanmışdı. Daha çox rayonun kəndlərinə zərər dəyib. Belə ki, dağ çaylarından axan sel suları Lerik rayonu ilə həmsərhəd olan Yuxarı və Aşağı Təngivan, həmçinin Şovu kəndlərində vəziyyəti iflic edib.
Həyətlərini su basan ailələr evakuasiya olunub. Tələfat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB