Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ANAMA-ya müraciətinə əsasən Agentlik Bakı və Abşeron Yarimadasının Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğunun Kirdağ palçıq vulkanı ərazisində (271.97 ha) təmizləmə əməliyyatları aparır. ANAMA mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu ərazi keçmiş Sovet Ordusu tərəfindən hərbi poliqon kimi istifadə olunmuş və bunun nəticəsi olaraq ərazi partlamamış hərbi sursatlarla (PHS) çirklənib.
Ərazilərin PHS təmizlənməsi əməliyyatları Beynəlxalq Mina Təmizləmə Standartlarına (İMAS) uyğun olaraq xüsusi avadanlıqlardan istifadə etməklə yerüstü və bəzi yerlərdə yeraltı təmizləmə əməliyyatlarının aparılmasını nəzərdə tutur.
Təmizlənməsi nəzərdə tutulmuş ərazinin ümumi sahəsi 2 719 700 kv.m-dir.
Təmizləmə 2011-ci ilin avqust ayında başlanıb.
ANAMA-nın Xüsusi Əməliyyat qrupu tərəfindən aparılan əməliyyatlarda bu günə kimi 423.000 kv.m. ərazi təmizlənmiş və 23 ədəd tank və top mərmiləri tapılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB