Korrupsiya ilə bağlı 95 cinayət işi məhkəməyə göndərilib”-AÇIQLAMA
2011-ci ilin yanvarından bu günədək Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olan müraciətlərlə bağlı 160 şəxs barəsində 95 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev məlumat verib. O bildirib ki, 2010-cu ilin bir ili ərzində isə 104 iş baxılması üçün məhkəmələr göndəırilib. Onun sözlərinə göər, hazırda müxtəlif korrupsiya cinayətləri ilə bağlı idarədə müxtəlif sahələrdə korrupsiya halları ilə bağlı 89 cinayət işi üzrə istintaq aparılır və ilin sonunadək həmin işlər də tamamlanaraq məhkəmələrə göndərilməsi təmin ediləcək. K.Əliyev vurğulayıb ki, bu işlər barədə cəmiyyətə məlumatların verilməsi daima təmin eidləcək.
"2011-ci ilin əvvəlindən ölkədə korrupsiya ilə mübarizə yeni müstəviyə qədəm qoyub. Bu məqsədlə "Qaynar xətt" xidməti yaradılıb. Bəzən deyilir ki, "Qaynar xətt" mərkəzi fəaliyyət göstərmir. Rəsmi olaraq bəyan edirəm ki, bu xətt daim fəaliyyət göstərir və 24 saat ərzində 161 saylı telefona zəng etməklə istənilən vətəndaş korrupsiya ilə bağlı istənilən məsələni bildirə bilər. Bu günə kimi Baş Prokurorluqda korrupsiya şikayətləri ilə bağlı yaradılan 161 saylı "qaynar xətt"ə iki mindən artıq müraciət daxil olub. Bu müraciətlər müxtəlif sahələri əhatə edir. Bunların ətrafında araşdırmalar aparılıb, əhəmiyyətli nəticələr əldə olunub, bir çoxuna cinayət işləri açılıb, hətta bir çox cinayət işləri baxılması üçün məhkəmlərə göndərilib. Korrupsiyaya qarşı mübarizə yalnız epizod xarakteri daşımır, daim məqsədyönlü, sistemli şəkildə aparılır", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB