Gələn il orbitə ilk peyk buraxılacaq

Gələn il orbitə ilk peyk buraxılacaq
Azərbaycan orbitə iki telekommunikasiya peyk göndərməyə hazırlaşır. Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan SİA-ya verilən məlumata görə, \"Azərspace\" adlı peyk orbitə 2012-ci ilin sonunda buraxılacaq. Peykin istehsalçısı ABŞ-ın \"Orbital Sciences Corporation\" şirkətidir. Peykin yerləşdiriləcəyi 46 dərəcə şərq uzunluğu orbital mövqe isə Malayziyanın MEASAT peyk operatorundan icarəyə götürüb. \"Azərspace\" nin orbitə çıxarılması ilə isə Fransanın \"Arianspase\" şirkəti məşğul olacaq. Azərbaycanın ikinci peykinin isə 2014-cü ildə orbitə göndərilməsi nəzərdə tutulub. Alçaqorbitli ikinci peyk isə kartoqrafiya işləri, geoloji tədqiqatlar məqsədilə orbitə buraxılacaq və yerin məsafədən qavranılması üçün istifadə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə