Fövqaladə Hallar Nazirliyi cənub bölgəsindəki təbii fəlakətlə bağlı açıqlama yaydı

Fövqaladə Hallar Nazirliyi cənub bölgəsindəki təbii fəlakətlə bağlı açıqlama yaydı

Fövqəladə Hallar Nazirliyi respublikanın bəzi ərazilərində yağışlı hava şəraitinin törtədiyi fəsadlarla bağlı məlumat yayıb. Məlumata görə, Astara rayonu, Ərçivan kəndi ərazisindən keçən Ərçivan çayında suyun səviyyəsi artaraq məcrasından çıxıb, bəzi yaşayış evlərinə və təsərrüfat sahələrinə ziyan dəyib.


Lənkəran rayonu, Osaküçə kəndi ərazisindən keçən Veravulçayda suyun səviyyəsi artıb, kənddaxili körpülər sel sularının təsirindən yararsız hala düşüb.


Lənkəran rayonu, Təngivan kəndində yağan güclü yağışlar Bəşəru çayda suyun səviyyəsinin artmasına səbəb olub. Həmin ərazidə bəzi yaşayış evləri və həyətyanı sahələr yağış suları ilə dolub.


Hazırda qeyd olunan ərazilərdə nazirliyin və aidiyyəti qurumların qüvvələri müvafiq tədbirlər görür.

Bütün xəbərlər Facebook səhifəmizdə