Yaxın 2 gün müddətində havalar qeyri- sabit keçəcək. Bunu SİA-ya Hidrometeoroloji proqnozlar bürosunun şöbə rəisi Gülşad Məmmədova açıqlamasında bildirib.
Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında sabahdan başlayaraq buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir: \"Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 23-27 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında leysan xarakterli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək\".
Sentyabrın 22-dən başlayaraq havaların yenidən 30 dərəcəyə yüksələcəyi ehtimal edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB