Lənkəran işıqsızdır
Lənkəranın dağətəyi yaşayış məntəqələrinə yağan leysan yağışları nəticəsində rayonda ciddi problemlər yaradıb. Son vəziyyəti öyrənmək üçün Lənkəran rayon Fövqəladə Hallar komissiyasının müavini Rövzəq Dadaşovla əlaqə saxladıq. R. Dadaşovun SİA-ya verdiyi məlumata görə, güclü leysan yağışları nəticəsində Verabul çayı daşıb, nəticədə Lənkəran rayonun ərazisində təhlükə yaranıb. 8 avtomobil, 4 piyada keçid körpüsü sıradan çıxıb.
150-dən artıq həyəti su basıb. Əhalinin fərdi təsərrüfatlarına ciddi zərər dəyib. Elektrik enerji təsərrüfatına dəyən zərər nəticəsində rayon işıqsız qalıb. Lerik-Lənkəran şose yolu bağlanıb. Rayon ərazisində həyatı iflic vəziyyətə düşüb. Daha çox rayonun kəndlərinə zərər dəyib. Belə ki, dağ çaylarından axan sel suları Lerik rayonu ilə həmsərhəd olan Yuxarı və Aşağı Təngivan, həmçinin Şovu kəndlərində vəziyyəti iflic edib.
Həyətlərini su basan ailələr evakuasiya olunub".
R. Dadaşov hazırkı durum haqda da məlumat verdi: "Hazırda rayon ərazisində yağış yağır. Ancaq leysan xarakterli deyil. Rayon Fövqəladə hallar komissiyasında təcili iclas çağırılıb və tədbirlər planı tərtib edilib. Vəziyyət nəzarətdədir. Bütün zəruri texnika və canlı qüvvə problemlərin aradan qaldırılması üçün işə cəlb olunub. Hələlik əlavə köməyə ehtiyac yoxdur. Paytaxtdan ancaq elektrik təsərrüfatındakı problemləri aradan qaldırmaq üçün kömək göndərilib.
Görülən tədbirlər nəticəsində Lerik-Lənkəran şose yolu açılıb və nəqliyyatın hərəkəti bərpa edilib. Su basan həyətlərdən su çəkilib və əhali geri qaytarılıb".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya xidməti Masallı-Lənkəran – Astara - Lerik və Yardımlı rayonlarında yağışların davam edəcəyini, bəzi yerlərdə leysan xarakterli olacağını proqnozlaşdırır. Bu barədə məlumat almısınızmı və önləyici tədbirlər görülürmü sualının cavabında R. Dadaşov nazirlik tərəfindən məlumat aldıqlarını və vəziyyətə hazırlıqlı olduqlarını dedi: "Leysan ehtimalı azdır. Vəziyyət nəzarətdədir və bütün zəruri tədbirlər görüləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə