Bu gün Dünya Gənclər Bankı Şəbəkəsinin regional ofisinin rəhbərliyi ilə Şimali Kipr Cümhuriyyətinin Lefke Avropa Universitetinin rektorluğu arasında görüş keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq çıxış edən regional ofisinin rəhbəri, Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Vüsalə Hüseynli bildirib ki, ətədbirin əsas məqsədi gənclərin təhsil səviyyəsinin yüksəldilməsi və tələbə mübadiləsi ilə bağlı, qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha genişləndirilməsidir.
V. Hüseyni onu da qeyd edib ki, bu təhsildən istifadə edən gənclərin sənəd qəbulunun tarixi oktyabrın 25-dən start götürəcək və noyabrın 15-nə kimi davam edəcək: "Qarabağ köçkünləri, şəhid və veteranların uşaqları isə təhsil haqqından azad ediləcək. Bu hal o zaman olacaq ki, həmin gənclər nəzərdə tutulan 450 balın hamısını yığa bilsinlər. Digər tələbələrə gəlincə isə 3500- 4000 dollar ödəyərək Lefke Avropa Universitetində biliyə sahib ola biləcəklər".
Şimali Kipr Cümhuriyyətinin Lefke Avropa Universitetinin Başqanı Mehmet Zefer gənclərin təhsil səviyyəsinin yüksəldilməsi üçün lazım olan şəraitdən istifadə edərək bu kimi layihələrin həyata keçirilməsindən məmnun olduğunu bildirib.
O həmçinin Dünya Gənclər Bankı Şəbəkəsinin regional ofisinin rəhbərliyinə yüksək səviyyədə qarşılanmaya və dəstəyə görə dərin təşəkkürünü vurğulayıb.
Qeyd edək ki, Dünya Gənclər Bankı Şəbəkəsi Azərbaycanda BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOS) dəstəyi ilə fəaliyyət göstərir.
Samirə Abdullayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB