Məktəblər elektron lövhələrlə təmin olunur

"Smart Technologies" şirkəti məktəblərdə interaktiv təlim texnologiyalarının tətbiqini genişləndirməyə başlayıb. Şirkətdən SİA-ya verilən məlumata görə, Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində şirkət interaktiv DYMO Mimio interaktiv cihazları ilə müəllimlər üçün təlimlər təşkil edir.
Tədris olunan dərslər edu.mimio.az saytında da yerləşdirilir. Sayt müəllimlərə sərbəst hazırlaşmağa da imkan verir.
Qeyd edək ki, DYMO Mimio dünyada müəllimlərinin hazırlanması üçün istifadə olunan ən müasir vasitədir.
\"Smart\" şirkəti edu.mimio.az saytında yeni proqramlar da təqdim etməyə hazırlaşır. Artıq Bakının 54 məktəbi İKT cihazları və DYMO Mimio - nun interaktiv qurğuları (elektron lövhələr) ilə təchiz olunub. Gələcəkdə bu qurğulara regional orta məktəblərdə də tətbiqi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə