Beynəlxalq Sahilyanı Təmizlik Aksiyası davam edir

Beynəlxalq Sahilyanı Təmizlik Aksiyası davam edir

Beynəlxalq Sahilyanı Təmizlik Aksiyasının 26-cı ildönümü ilə əlaqədar Qaradağ rayonunun Şıxlar bağ massivi ərazisində iməcilik keçirilib. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.


İməcilik ETSN-nin əməkdaşları ilə yanaşı, yerli icra strukturlarının, QHT-in, bələdiyyələrin və digər özəl təşkilatların 200 nəfərə yaxın nümayəndələrinin iştirakı ilə baş tutub.


İməcilik zamanı 35 hektar ərazi 12 m3-ə qədər məişət tullantısından təmizlənib.


Keçirilən tədbirin məqsədi insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaqdır.


Qeyd edək ki, Beynəlxalq Sahilyanı Təmizlik aksiyası çimərliklərin, daxili suların, okeanın zibil və tullantılardan təmizlənilməsi məqsədilə hər il həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə