Araz Əlizadə: “Ayaz Mütəllibovun toxunulmazlığına təminat oğlunun 40 mərasiminin başa çatmasına qədər verilib”
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Ayaz Mütəllibov bu gün Rusiyaya qayıdıb. SİA-nın xəbərinə görə, bu barədə məlumatı ASDP-nin həmsədri Araz Əlizadə deyib. Onun sözlərinə görə, eks-prezident bu gün səhər Bakı-Moskva təyyarə reysi ilə Rusiyaya dönüb: "Ayaz Mütəllibovun toxunulmazlığına təminat oğlunun 40 mərasiminin başa çatmasına qədər verilib".
Qeyd edək ki, Ayaz Mütəllibovun 49 yaşlı oğlu Azad Mütəllibov bu il avqustun 8-də vəfat edib. Ayaz Mütəllibov oğlunun dəfnində iştirak etmək üçün həmin gün Moskvadan Azərbaycana gəlib. Onun toxunulmazlığına Azərbaycan hökuməti səviyyəsində təminat verilib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB