Sentyabr ayı olmasına baxmayaraq hələ də paytaxta isti hava hökm sürür. Havaların bu cür isti olması metohəssas insanlar üçün problem yarada bilər. SİA bu məsələ ilə bağlı araşdırma aparıb. İlk olaraq Hidrometeoroloji proqnozlar bürosunun şöbə rəisi Gülşad Məmmədova açıqlamasında bildirib ki, havanın temprturunun 30 dərəcə isti təşkil etməsi anomal hal kimi hesab olunmur.Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: "Mülayim şimal-qərb küləyi əsəcək. Şöbə rəsini onu da bildirib ki, yaxın 2-3 gün ərzində havanın tempraturunun aşağı düşəcəyi gözlənilir. Metohəssas insanların vəziyyəti ilə bağlı olaraq Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov açıqlamasında bildirib ki, isti hava şəraitindən ciddi əziyyət çəkən olmayıb və tibbi yardım stansiyasına müraciət olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB