“Yeni Müsavat”ı məhkəməyə verəcəklər?

“Yeni Müsavat”ı məhkəməyə verəcəklər?

\""Yeni Müsavat" qəzeti yenə öz ampluasındadır. Qəzetin 17.09.2011 tarixli sayında "Qaçaq hərbi komissar yenə Müsavata yazdı" başlıqlı yazısı ilə bağlı Bəhmən Nəsibli telefonla mənə bildirdi ki, yenə onun adından şərəfsiz və həyasızcasına istifadə ediblər. Bəhmən Nəsibli məndən hüquqlarını müdafiə edən bir vəkil kimi bu yardımçı olmağımı xahiş etdi". SİA-nın məlumatına görə, bu fikirləri Nizami (Gəncə) rayonunun sabiq hərbi komissarı Bəhmən Nəsiblinin vəkili Nizami Abbasov müvəkkili haqqında "Yeni Müsavat" qəzetində gedən böhtan yazılarla bağlı bəyanatında deyib.

Onun sözlərinə görə, sabiq komissar Bəhmən Nəsiblinin "Yeni Müsavat" qəzeti ilə heç bir əlaqəsi olmayıb və həmin qəzetə heç bir məktub göndərməyib: "Bəhmən Nəsibli bu gün mənə telefon açaraq "Yeni Müsavat" qəzetinin redaktoru Famil Cəfərli ilə danışdığını bildirdi və dedi ki, ondan da bu əməllərə son qoyulmasını tələb edib. B.Nəsibli qəzetdə vəkili və qardaşı, eyni zamanda adları çəkilən digər şəxslər haqqında yazılanları böhtan hesab edir. Mən Bəhmən Nəsiblinin hüquqlarını müdafiə edən vəkil kimi redaksiya rəhbərliyinə bəyan edirəm ki, belə saxta, böhtan yazan müxbirlərlə deyilən müddətə qədər yazılara təkzib veriləməyəcəyi halda məhkəmədə görüşəcəyik. Qəzetin təsisçisinə isə bildirirəm ki, bu formada böhtan yazılar nə qəzetə, nə də əməkdaşlara hörmət gətirmir\".


Bütün xəbərlər Facebook səhifəmizdə