"İRƏLİ" İctimai Birliyinin Tarix Mərkəzinin Şəmkir şəhərində həyata keçirdiyi "Arxeoloji düşərgə" layihəsi sona çatıb. Birliyinin mətbuat katibi Vəfa Rüstəmovanın SİA-ya verdiyi xəbərə görə, sentyabr ayının 3-dən başlayaraq 15 nəfər gənc orta əsr Şəmkir şəhərinin yerində və Narınqalada tarix elmləri doktoru Tarix Dostiyevin rəhbərliyi altında arxeoloji qazıntılarda iştirak edib. Gənclərimiz Narınqala abidəsində arxeoloji qazıntılarda iştirak etməklə yanaşı, aşkar olunmuş tapıntıların inventarlaşdırılması işində, abidənin ətrafında VII və VIII qazıntı sahələrinin açılmasında iştirak edbilər. Bütün bunlarla yanaşı, gənclərimiz Şəmkir Diyarşünaslıq muzeyində olmuş və Şəmkir şəhərinin tarixi ilə əyani şəkildə tanış olublar. Xatırladaq ki, "Arxeoloji düşərgə" layihəsi 2009-cu ildən start götürüb və hər il arxeologiyaya marağı olan gəncləri ölkənin müxtəlif bölgələrində arxeoloji düşərgələrdə iştirakını təmin edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB