Bakı şəhər İcra Hakimiyyəti küçə ticarətinin qanunsuz olması ilə bağlı qərarına yerlərdə riayət olunmur. Hələ də paytaxtın əksər ərazilərində küçə ticarəti davam edir. Qeyri leqal bazarlarda satılan məhsullar digər ticarət obyektlərindən daha ucuz olduğundan alıcısı başının üstündədir. Həm də bu ticarətlə məşğul olanların satdıqları meyvə tərəvəzi insanların sıx yaşadıqları və ya gediş-gəlişin çox olduğu yerlərdə həyata keçirildiyindən onlara olan tələbatı azaltmır. Polislərin isə küçə ticarəti ilə məşğul olanlara "dəstək olması" alverin daha geniş vüsət almasına şərait yaradır.
Hazırda "Elmlər Akademiyası" və "İnşaatçılar" metrostansiyalarının qarşısında küçə ticarəti ilə məşğul olanlar şıdırğı alver edir.
"İnşaatçılar" stansiyası çıxışında alver o qədər genişlənib ki, sakinlərin gediş-gəlişi üçün çətinlik yaradır.
Onu da deyək ki, buranın alıcı sarıdan problemi yoxdur. Küçə ticarətçiləri bazara istənilən meyvə-tərəvəz, qida məhsulları çıxardıqları üçün ərazidən gecən hər kəs burada ayaq saxlayır.
"Elmlər Akademiyası" metrostansiyasının qarşısında ticarəti nisbətən az olsa da buranı da meyvə tərəvəz, ətir satanlar özlərinə daimi məskən seçiblər.
Yeni il və Novruz ərəfələrində isə hər iki ərazidə alver daha da genişlənir. Bayramlarda ən zəruri bayram məhsullarını metronun qarşısından tapmaq olur.
Oxşar vəziyyət hazırda şəhərin bir çox ərazilərində mövcuddur.
Onu da deyək ki, küçə ticarəti ilə məşğul olanlar yer haqqı az verdikləri və malları topdansatış məntəqələrindən aldıqlarına görə, alıcını cəlb edə bilirlər. Nəticəsində isə sözügedən ərazidə antisanitariya baş alıb gedir.
Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti isə bildirir ki, küçə ticarəti qanunsuzdur və bunun qarşısı alınmalıdır. Departamentinin mətbuat katibi Əliabbas Bağırov bildirdi ki, buna qarşı görülən tədbirlər də müsbət nəticə vermir: "Problem problemə son qoyma cəhdlərinin səmərəsizdir: Hər dəfə küçə ticarəti ilə məşğul olanlar ərazidən qovulur, ancaq 2-3 gündən sonra hər şey yenidən təkrarlanır. Bu problemin kökündən həlli üçün lazımi səlahiyyətə malik deyilik. Buna əlaqəli qurumlar daha ciddi müdaxilə etməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB