Əhalinin yaşlanması siyasəti müzakirə olunub

Əhalinin yaşlanması siyasəti müzakirə olunub

Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Bakıda keçirilən treninq kursuna cəlb olunan beynəlxalq ekspertlərdən ibarət nümayəndə heyətini qəbul edib. SİA-nın xəbərinə görə, ekspertlər sentyabrın 12-16-da "Əhalinin yaşlanması siyasətin formalaşdırılması, həyata keçirilməsi və Yaşlanma üzrə Madrid Beynəlxalq Fəaliyyət Planının monitorinqi" mövzusunda keçirilən beynəlxalq treninqdə iştirak edib. Fizuli Ələkbərov treninq iştirakçılarına bildirib ki, Azərbaycanda ahıl vətəndaşların hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi, sosial və digər həyati tələbatlarının ödənilməsi istiqamətində mühüm işlərin görülüb. F.Ələkbərov ahılların sosial müdafiəsi ilə bağlı nəzərdə tutulan tədbirlərin kompleks şəkildə həyata keçirildiyini qonaqların diqqətinə çatdırıb. Beynəlxalq ekspertlər qrupuna rəhbərlik edən Jozef Troisi bildirib ki, təmsil etdiyi qrum Azərbaycan ilə beynəlxalq səviyyədə əməkdaşlıq etməyə, əldə etdikləri beynəlaxalq təcrübəni azərbaycanlı mütəxəssislər ilə bölüşməyə hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə